Dərhal dəqiqləşdirmək istəyirik: ZEROLINE – peşəkar veb-studiyadır. Amma bu, o demək deyil ki, məqalənin məqsədi yalnız studiyalarla işləməyin vacibliyini sübut etməkdir.
Frilanserlərlə əməkdaşlıq bir çox üstünlüklər verir. Biz onlardan bəziləri haqqında ətraflı danışacağıq. Məqalədə real faktlar və statistika yer alacaq. Siz, həmçinin burada yaxşı frilanseri pisdən ayırmaq və onlarla, yüzlərlə veb-studiya arasından sizə lazım olan işi görən və vaxt baxımından pis vəziyyətdə qoymayan studiyanı seçmək barədə faydalı məsləhətlər də tapacaqsınız.
Deyirlər ki, frilanser ilk növbədə ucuz qiymət deməkdir. Bu fikirlə tam razı deyilik, çünki:
Təcrübəli frilanserlərin qiyməti artıq çoxdan studiya səviyyəsindədir. Bunu rahat yoxlamaq olar. Fl.ru və ya Freelance.ru kimi distant iş portalında layihə yaradın. Sizə hansı saytın lazım olduğunu yazın və müxtəlif tərtibatçılardan təklifləri nəzərdən keçirin. Sonra onların xidmətlərinin dəyərini veb-studiyaların qiymətləri ilə müqayisə edin. Əlbəttə, siz daha az təcrübəli frilanser tapa və layihəyə görə 2, hətta 3 dəfə az pul verə bilərsiniz. Amma veb-tərtibat sahəsində yeni başlayanlar elə bir lotereyadır ki, biz onları ciddi qəbul etmirik.
Digər üstünlüklər barədə:
Tək işləyən mütəxəssislərlə əməkdaşlıq zamanı qiymət heç də müsbət amil deyil. Biz və müştərilərimiz bundan əminik. (Fikriniz bizdən fərqlidir? Mütləq fikrinizi bu postun altında ifadə edin!)
Bununla belə, digər aşkar üstünlüklər var:
Daha az insan, daha az kağız, daha az rəsmiyyət. Frilanserlərlə işləmək asandır. Mühasibatlıq, menecerlər, sənədləşmə yoxdur. Bu, hər zaman vaxta qənaət etmir. Amma bunun sayəsində müştərilərə psixoloji cəhətdən daha asandır. Bircə söhbət kifayətdir. Pulu rahat üsulla köçürmək olar. Komissiya ödəmək, hansısa ödənişlər etmək lazım deyil.
Siz ən qısa müddətdə belə sayt sifariş verə bilərsiniz. Bəzi frilanserlər istirahət və bayram günlərində də işləyir. Vaxt az olanda və sayta tələbat çox olanda, keyfiyyətsiz resurs almaq, ya da heç almamaq riski var. Amma bu, bütün sahələrdə belədir. Amma əgər məsuliyyətli və vicdanlı icraçı tapsanız, sizin layihəniz üzərində rəqibləriniz istirahət edəndə də işləyəcəklər və rəqibləriniz sizin onları ötüb keçəcəyinizi ağıllarına belə gətirməyəcəklər.
Demək olar ki, heç bir məhdudiyyət yoxdur. Ağıllı tərtibatçı sizə nə lazım olduğunu bilir. İstənilən mövzu, istənilən arzu. Onu sizin kim olduğunuz və niyə saytı açdığınız narahat etmir. “Solo” işləyən mütəxəssis üçün ən əsası sizin resursunuzda nələrin olacağıdır: hansı funksiyalar, hansı əlavələr, skriptlər.
Niyə saytı veb-studiyada sifariş vermək daha yaxşıdır?
- Müqavilə imzalanması sayəsində mümkün olan zəmanətli nəticə. Sizə 15 gündən sonra sayt lazımdır? Siz onun üçün müəyyən olunan məbləğdən artıq ödəmək niyyətində deyilsiniz? Siz öz saytınızı razılaşdırılmış müddətə danışdığınız məbləğə alacaqsınız. Əks təqdirdə pulunuzu qaytaracaqlar. Ehtimal var ki, bu, sizin arzularınızın saytı olmasın, texniki tapşırıq tərtib olunarkən düşünmədiyiniz hansısa əlavələr lazım olsun. Amma nəticəni görəcəksiniz. Sizin sifariş etdiyinizi almaq hüququ qanunla müdafiə olunur.
- Layihənin hər bir detalının dəqiqliklə işlənməsi. Nadir halda bir nəfər həm dizaynın, həm səhifələmənin, həm də saytın proqram hissəsinin öhdəsindən gələ bilər. Sizinlə işləyən frilanser bir sahəni gözəl bacarır. Digər işləri o, ya qeyri-peşəkarcasına edir, ya da digər frilanserlərə ötürür. Veb-studiyadan sayta sifariş verəndə isə təcrübəli mütəxəssislərdən ibarət komanda sizin üçün işləyir. Hər kəs öz işinə görə məsuliyyət götürür. Nəticədə bütün layihə dəqiq işlənmiş alınır. Heç bir brauzerdə heç nə “üzmür”, heç nə ləngimir, heç nə itmir.
- Sizin saytınızın dəstəklənməsi tələb olunan qədər davam edir. Frilanser sözündə əsas hissə “free” sözüdür, yəni sərbəst. Bu gün tərtibatçınız veb-saytın hansısa qüsurunu düzəltməklə bağlı operativ cavab verir. Sabah isə o, peşəsini dəyişmək qərarı verə bilər. Onu müqavilələr, şirkətin yaranmasına və təbliğinə edilən sərmayələr, dəqiq seçilməli olan əməkdaşlar saxlamır. O Web-i tez və həmişəlik atır. Sizin saytın düzəldilməsi üçün isə başqa mütəxəssis axtarmaq lazım olur. Ona da başqa layihə ilə işləmək həmişə asan olmaya bilər. Ciddi veb-studiya öz mütəxəssisləri tərəfindən hazırlanmış saytları illərlə dəstəkləyir. Əlbəttə, bütün şirkətlər bu biznesdə əbədi qalmır. Amma, adətən onlar sərbəst mütəxəssislərdən daha çox bu sahədə qalır.
Frilanserlər və veb-studiyalar fərqli olur! Daha etibarlı icraçıları seçməyi öyrənin!
Kimi seçəcəyinizin fərqi yoxdur: gündə 24 saat, həftədə 7 gün işləyə bilən və sizin zənglərinizə hətta gecə də cavab verə bilən frilanser, ya da müqavilə imzalaya biləcəyiniz və pulunuz üçün narahat olmayacağınız studiya. Ən əsası müştəriləri aldatmayan və hər layihənin maksimal keyfiyyətinə zəmanət verən etibarlı tərəfdaşla işləməkdir.
Bu cür tərəfdaşı necə tapmalı?
Bunun dəqiq cavabı yoxdur. Amma bəzi tövsiyələr var ki, qeyri-ciddi tərtibatçıdan və ya fırıldaqçıdan uzaq durmağa imkan verəcək.
- Potensial icraçını Yandex, Google və sosial şəbəkələr vasitəsilə yoxlayın. Bu həm frilanserlərə, həm də veb-studiyalara aiddir.
- Axtarışda nə axtarmaq lazımdır? Frilanserin profilində (veb-studiyanın rəsmi saytında) qeyd olunan məlumatları təsdiqləyən və ya təkzib edən hər şeyi + rəylər. Əgər yalnız təsdiq və yalnız müsbət rəylər tapırsınızsa, yaxşıdır.
- Vacibdir! Həmişə əlaqələrə və fotoya baxın. Frilanserin əlaqələri və iş elanı saytındakı fotosu sosial şəbəkədəki əlaqə və fotolarla uyğun olmalıdır.
- Yazışmalara daha az, canlı ünsiyyətə daha çox diqqət ayırın.
- Bəzən frilanserə yazmaq daha asandır, çünki o, buna öyrəşib. Əksər vaxtlarda görüşməkdən və telefonla danışmaqdan imtina narahatlığa əsasdır. Ciddi icraçılar smayliklərin arxasında gizlənməyə çalışmır. Telefonla danışmaq istəyirsiniz? Buyurun! Saat 18:00-dək zəng edin. İnsanın üzünə baxaraq danışmağa öyrəşmisiniz? Ofisə yaxınlaşın! Bütün məlumatlar saytımızdadır.
Hər zaman olduğu kimi, seçim sizindir!
Biz yalnız oxucularımıza dediyimizi təkrarlaya bilərik: əvvəlcə düşünün, sonra seçiminizi edin. Tələsməyin, xarizmaya aldanmayın. Portfolioya baxın, danışıqlar apardığınız şirkətin real şirkət, ya da “5 il bazarda, 1000 uğurlu layihə” tipli şüar və gözəl loqotiplə göz oxşayan sayt yaratmış bir qrup frilanser olduğundan əmin olun.