Heç kimə sirr deyil ki, bu gün əksər şirkətlərin öz saytları və mobil tətbiqləri var. Əgər 10 il əvvəl kiminsə biznes-saytı olmaya bilərdisə, bu gün bazarda paya malik olmaq üçün sayt vacibdir. Yəqin ki, soruşacaqsınız, sayt niyə lazımdır? Bunun üçün hazırladığımız məqalədə biznesinizə necə kömək edəcəyimiz barədə danışacağıq. Ortalama hər insan gündə 3-5 saat internetdə keçirir. Bu statistikanı görən şirkətlər məqamdan istifadə etməyə bilməzdi və nəticədə öz bizneslərini internetdə həyata keçirməyə başladı.
Biznes-sayt yaratmağın əsas səbəbləri:
- Şirkətinizin siması
- Əgər imicinizin müştərilərin və tərəfdaşlarınızın hörmətinə layiq olmasını istəyirsinizsə, saytın yaradılması, və əgər varsa, təkmilləşdirilməsi barədə düşünməlisiniz. Bu gün insanlar saytı olmayan, və ya pis saytı olan şirkətlərə ehtiyatla yanaşır və hətta ciddiyə almırlar. 2020-ci ildə öz saytı olmayan və imici barədə düşünməyən şirkət barədə müştəri nə düşünməlidir? Əgər şirkətin imici yaxşı deyilsə, deməli o, müştərilərə də dəyər vermir. Bununla da sizin satışlarınız çox aşağı olacaq.
- Müştərilərlə daim əlaqə
- Bir müddət əvvəl bu və ya digər şirkətin nə ilə məşğul olduğunu öyrənmək üçün zəng etmək, ya da ofisə getmək lazım gəlirdi. Həm də bunu saat 18:00-dək etmək lazım idi, çünki əksər şirkətlərin 24 saatlıq telefon dəstək xidməti yox idi.
- Biznes-sayt yaradarkən siz, haqqınızda 24 saat informasiya təqdim edən virtual ofis yaratmış olursunuz. Bu, ən azından çağrı mərkəzləri üçün əlavə növbəyə pul xərcləməmək imkanı verir.
- Əgər sizin offlayn mağazanız və ya müştərinin gəlməli olduğu ofisiniz varsa, saytda ofisə necə gəlmək lazım olduğu barədə xəritənin yerləşdirilməsini tövsiyə edirik. Bu, müştərilərə sizi daha tez tapmağa imkan verəcək və çağrı mərkəzlərinin yükünü azaldacaq.
- Özünüzü göstərmək imkanı
- Bu gün hər bir müştəri uğrunda rəqabət daha da sərtləşib. İnsanlar öz şirkətlərinin üstünlüklərini göstərmək üçün, müxtəlif vasitələrdən istifadə edir.
- Veb-saytın yaradılması bu vasitələrdən biridir. Bununla siz öz şirkətiniz barədə danışa, məhsul və xidmətləriniz barədə faydalı məlumatları müştərilərə çatdıra, üstünlüklərinizi göstərə bilər, və insanların niyə məhz sizi seçməli olduğunu izah edə bilərsiniz.
- Veb-saytın olmamasının müştərilərin itirilməsinə səbəb olması barədə xarici şirkətlərin tədqiqatlarını nümunə gətirə bilərik. Araşdırmalar göstərib ki, biznes-saytın olmaması təxminən 36 faiz müştərinin itirilməsinə səbəb olur. Nəzər alsaq ki, hər bir müştəri üçün mübarizə aparmaq lazımdır, o zaman bu rəqəm kifayət qədər çoxdur və gələcəkdə artmaqda davam edəcək.
- O halları da unutmaq lazım deyil ki, müştərilər və potensial tərəfdaşlar məhz sizi axtarmır, təsadüfən axtarış sistemlərində qarşılaşır. Bu faiz çox olmasa da, yenə də heç nədən yaxşıdır.
- Biznes-sayt biznes aparmaq vasitəsi kimi
- Biznes-saytın zəruriliyinin daha bir təsdiqi onun şirkətin mənfəətinin artmasında səmərəliliyidir. Sizin təqdim etdiyiniz məlumat potensial müştərinin sizin xeyrinizə qərar verməsində rol oynaya bilər. Saytın səmərəliliyinin artırılması üçün xidmət və məhsulların sifarişi üçün funksiyanın əlavə olunmasını tövsiyə edirik, daha bir faydalı vasitə əks əlaqə ola bilər.
- İnternet-mağazalar üçün saytda məhsul və xidmətlərin müqayisəsi xidmətini işə salmağı tövsiyə edirik, bununla siz müştərinin seçimini asanlaşdıra və satış şansını artıra bilərsiniz.
- Biznes-saytı bizimlə əlaqə saxlamaqla münasib qiymətlərlə sifariş edə bilərsiniz.
- Biznes-sayt informasiya vasitəsi kimi
- Burada müştərilərinizə keçirilən aksiyalar, şirkət barədə son məlumatlar, hansı xidmət və məhsulları endirimlə ala biləcəkləri barədə məlumatların təqdim olunması imkanını qeyd etmək istərdik.
- Bu halda abunə formasının yaradılması məsələsi aktualdır. Beləliklə, sizin hədəf auditoriyanız bütün təkliflərdən məlumat alacaq və bu, sizin satışlarınızı əhəmiyyətli dərəcədə artıra bilər.
Yekun
Biznes və ya sayt yaratmazdan əvvəl özünüzə ən azı iki sual verin:
Mənim xidmətim/məhsulum kimə maraqlı olacaq?
Niyə mənim xidmətim/məhsulum uğurlu olacaq?
İlk baxışdan bu iki asan suala cavab versəniz, necə irəliləmək lazım olduğunu başa düşəcəksiniz.
Müəyyən mərhələlərdə ətrafımızda olan insanların təcrübəsini nəzərə alaraq deyə bilərik ki, saytınız nə qədər gözəl və səmərəli olsa belə, mənfəət əldə etməyə tələsməyin. Mənfəət mexanizmi işə düşənə qədər bir neçə ay gözləmək lazım olacaq. Düşünməyin ki, rəqiblərinizin müştəriləri kütləvi şəkildə sizə gələcək. Çox zaman məhz yüksək gözləntilər və qısa zamanda qazanmaq istəyi ona gətirib çıxarıb ki, rəhbərlər sayt, ya da bizneslə məşğul olmağı dayandırıb. Səbrli olun və siz nəticəni görəcəksiniz.
İnternet saytın niyə lazım olduğunu artıq başa düşdünüz. İndi onu necə yaratmaq barədə. Əgər sizin proqramlaşdırma və dizaynda bacarıqlarınız yoxdursa, siz biznesin onlayn təşviqini bizdən sifariş edə bilərsiniz. Biz sizin onlayn biznesinin çiçəklənməsi üçün mümkün olan hər şeyi edəcəyik!